xəbərlər

Polis Akademiyasında Dil hazırlığı kafedrası tərəfindən inteqrativ açıq dərs keçirilib

22.04.2024

22 aprel 2024-cü il tarixində DİN-in Polis Akademiyasının III kurs kursantları ilə  Dil hazırlığı kafedrasının dosenti f.ü.f.d. Fərqanə Əliyeva tərəfindən kafedrada  tədris olunan  “Ritorika” fənni üzrə “Ünsiyyət vasitələri, onların nitqdə əhəmiyyəti və rolu. Nitqin məqsədə görə növləri” mövzusunda inteqrativ açıq dərs keçirilib. İnteqrativ tədris metodu fənlər arasında əlaqələrin qurulması vasitəsilə müxtəlif bilik və bacarıqlar tələb edən məsələ, mövzu və problemlərə əsaslanaraq təhsilalanlarda təkmilləşdirilmiş tənqidi düşünmə qabilliyyətini formalaşdırır.

Dərsdə qonaq qismində Etika Akademiyasının rəhbəri, hüquqşünas Günel İbrahim və Dil hazırlığı kafedrasının rəisi, polis polkovniki Elçin Orucov iştirak edib.

Kursantlarda nitq qabiliyyətinin və ünsiyyət qurmaq bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə keçirilən dərsdə təhsilalanlara  ünsiyyət qurarkən və nitq söyləyərkən verbal və qeyri-verbal vasitələrdən necə istifadə etməyin yolları izah olunub, jest və mimikaların və məsafə zonalarının nə dərəcədə əhəmiyyətli olduğu, nitq söyləməyin yolları, növləri və prinsipləri haqqında məlumatlar verilib.

İnteqrativ dərsdə qonaq qismində iştirak edən Günel İbrahim tərəfindən xarizmatik nitqin formulaları təhsilalanların nəzərinə çatdırılıb.

Gələcəyin hüquqşünasına ünsiyyət zamanı lazım olan nitq bacarıqları və səriştələri müzakirə olunduqdan sonra kursantları maraqlandıran suallar ətraflı cavablandırılıb və gələcək peşə fəaliyyətində onlara uğurlar arzulanıb.

Sonda qonağa Polis Akademiyasının 100 illik yubileyinə həsr olunmuş kitab hədiyyə edilib.

 

 

 

Geriyə | Çap versiyası